Cəmiyyət

Avtomobil aldı, qeydiyyatdan sonra həbs qoyuldu – VİDEO

Sharing is caring!

Goranboy rayonunun Qaradağlı kənd sakini Namiq Sadıqovun aldığı maşının üzərinə həbs qoyulub.

Xezerxeber.az-ın məlumatına görə, Namiq Sadıqov aldığı avtomobili öz adına qeydiyyata saldıqdan 25 gün sonra minik maşınına həbs qoyulduğunu deyir.

Dediyinə görə, o ötən ilin sentyabrında Qazax sakinindən minik maşını alıb. Oktyabrın 4-də Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində avtomobili qeydiyyata saldırıb. Həmin vaxt ona avtomobildə hər hansı borc və ya həbs olması haqda məlumat verilməyib.

Maraqlısı budur ki, avtomobilini qeydiyyata saldıqdan 25 gün sonra ona minik maşınına həbs qoyulduğu bildirilib.

Namiq Sadıqov maşına qoyulan həbsin əvvəlki sahibinin borcu səbəbindən olmasını iddia edir və problemin tezliklə aradan qaldırılmasını istəyir.

Problemlə bağlı DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Namiq Sadıqovun problemi araşdırmanın nəticələrindən sonra həll edilə bilər.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir