Cəmiyyət

Zaqatalada üç aylıq körpə ölüb

Sharing is caring!

Zaqatalada üç aylıq körpə ölüb.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun Aşağı Tala kənd sakini, 03.12.2022-ci il (üç aylıq körpə) təvəllüdlü Rəfail Tural oğlu Rəşidov bu gün səhər saat 06 radələrində xəstəxanaya daxil olub.

Həkimlərin səyinə baxmayaraq, üç aylıq körpə xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib. Körpənin bir müddət əvvəl Bakı şəhərindəki xəstəxanalardan birində əməliyyat olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir