Cəmiyyət

Xocalı soyqırımına hüquqi-siyasi qiyməti Ulu öndər Heydər Əliyev verdi

Sharing is caring!

        Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. O vaxt müstəqil milli dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycanın vəziyyəti əvvəlcədən  planlaşdırılmamış siyasət, həmçinin 1988-ci ildən başlanan erməni təcavüzü nəticəsində xeyli pisləşmişdi. Yaranmış gərgin şəraitdə dövlətin bəzi qurumları acizlik nümayiş etdirdilər.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu.

          1993-cü ildə xalqın təkidilə hakimiyyətə gələn Heydər Əliyev daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı. 1994-cü ildə cəbhədə atəşkəsə nail olundu, artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasədə onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi.

         Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olan dahi rəhbərimiz hələ Prezident səlahiyyətlərini  həyata keçirərkən erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdi. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu. Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

         Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti ilə bağlı Ulu ndərimiz Heydər Əliyevin təşəbbüsləri  tariximizin ən qiymətli səhifələrindəndir. Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan  Xocalı soyqırımı bundan sonra da dünya ictimaiyyətinə detalları ilə çatdırılmalıdır.

Əfrahim Hüseynov,

Cəlilabad rayon Alar kənd

xəstəxanasının baş həkimi, YAP veteranı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir