Cəmiyyət

“StartUp School” fəaliyyətə başlayır – FOTO

Sharing is caring!

“Enterprise Azerbaijan” portalı və ABŞ-nin Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” “StartUp School” layihəsinə start verir.  

Startaplara təqdim edilən imkanlar: 

– ABŞ, Türkiyə, İsrail və Azərbaycandan olan mentorlar tərəfindən təlim;
– Kursu bitirən bütün startaplara beynəlxalq səviyyəli sertifikat;
– I yerin qalibinə ABŞ-da I2B treninqdə iştirak imkanı;
– II və III yerlərin qaliblərinə KOBİA və Dövlət Məşğulluq Agentliyi tərəfindən hədiyyə;
– II və III yerlərin qaliblərinə “Sabah.lab”-ın akselerasiya proqramında iştirak imkanı;
– 9 layihəyə  KOBİA-nın “Startap Şəhadətnaməsi”nin verilməsi;
– 9 layihəyə “Sabah.lab”-ın mentorluq proqramında iştirak imkanı; 
– “Fintech” nominasiyasında seçilən komandaya “PASHA Bank” da təcrübə keçmək imkanı.  

“StartUp School”-a 17.02.2023-cü il tarixindən yaş məhdudiyyəti olmadan ideyası və startapı olan hər kəs müraciət edə bilər. 

Qeydiyyat üçün www.startupschool.az, https://enterpriseazerbaijan.gov.az/-a daxil olun.

Layihələrinizi bizimlə biznesə çevirin!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir