Cəmiyyət

Azərbaycanda mənzil üçün beh verənlər niyə pullarını geri alırlar? – VİDEO

Sharing is caring!

Azərbaycanda tikilməkdə olan yeni binalarda satılan mənzillərin ya behləri qaytarılır, ya da satış müddəti uzadılır. 

Xezerxeber.az-ın məlumatına görə, Türkiyədə baş vermiş genişmiqyaslı dağıdıcı zəlzələdən sonra ölkəmizdə yeni tikilən binalara maraq azalıb.

Əmlakçı Mülkədar Rüstəmov deyir ki, 10-15 gün əvvəl yeni tikilən binalarda mənzil axtarışında olanlardan bu gün xəbər yoxdur. Hətta yeni binadan almaq istədiyi mənzil üçün beh verənlər də qərarlarını dəyişiblər.

Hüseyin Ələsgərov da yeni binalardan mənzil almaq fikrindən daşınanlar arasındadır. O, istəyinə uyğun mənzil üçün beh verdiyini deyir. Lakin Türkiyədəki hadisələrin təsirindən mənzildən imtina etmək qərarına gəlib. 

Mülkədar Rüstəmov əlavə edib ki, hazırda yeni binalardakı mənzil satışında durğunluq yaranıb. Müştərilərin tələbləri əsasən istismara yararlı köhnə tikililərə və fərdi yaşayış evlərinədir. 

Ekspertlər psixoloji təsirlər nəticəsində son günlər ümumiyyətlə bina evlərinə marağın azaldığını, üstünlüyün yalnız həyət evlərinə olduğunu bildiriblər. Bu səbəbdən də hazırda mənzil bazarında satış üstünlüyü fərdi evlərdədir.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir