Cəmiyyət

Özünüzi İrandan qoruyun cənablar, çalışın tora düşməyəsiniz!

Sharing is caring!

 

 

XəbərAl.az saytı xəbər verirki,İran dövləti özünü xarici və beynəlaxlq cəmiyyətə, humanist,inkişaf etmiş əsil müsalman ölkəsi kimi sıramağa çalışsa da burada daxildə baş verən haqsızlıqlar,özbaşınalıqlar, rüşvət tüğyanı,müsalmançılığa zidd əməlləri ilə öz nüfuzunu nəhəng inkişaf etmiş ölkələr arasında itirməkdədir. Siyasi baxımdan daima qonşu dövlətlərə ziyan vurmağa çalışan İran “İslam” Respublikası xarici nəhəng dövlətlər arasında bir mənalı qarşılanmayıb bu dövlətə qarşı sanksiyalar İranın əsas sənaye sahələrinə təsir edib, lakin növbəti quraşdırma neft və qaz ixracı ilə əlaqədar sərt məhdudiyyətləri nəzərdə tutmaqla, enerji sektoruna zərbə vurub. İlk öncə İran hökumətinin öz əhalisinə qarşı etdiyi məqsəd yönlü haqsızlıqlarına, rüşvət tüğyanı,zülüm və şiddətlərinə bir balaca nəzər salaq: İran həbsxanalarındakı məhbuslar işgəncələrə dözməyərək intihar etdilər İran İslam Respublikasının Rəşt vilayətində (və ya onun tabeliyində olan rayonların birində) yerləşən cəzaçəkmə müəssisələrindən birində saxlanılan məhbuslar arasında son dövrlərdə kütləvi intihar halları artmışdır. Cari ilin yanvar ayı ərzində 10 nəfər məhbus onlara qarşı edilən işgəncələrə dözməyərək özlərini asaraq və ya damarlarını kəsərək intihar etmişlər. Bununla əlaqədar həmin məhbusların ailələri hökumətə qarşı üsyana qalxmışdır. Bəzi məhbusların cənazələrinin ailə üzvlərinə hələ də təhvil verilmədiyi bildirilir. İran Parlamentində deputat olmaq istəyən rüşvətxor məmurlar öz gücündən istifadə edərək digər namizədləri sıxışdırır İran İslam Respublikasında bir müddət sonra “İran İslam Şurası Məclisi”nə keçiriləcək seçkilərdə namizədlik üçün müraciət etmiş, lakin əsassız səbəblərdən namizədliyi qeydə alınmamış şəxslər, eləcə də həmin şəxsləri dəstəkləyən yerli əhali arasında mövcud rejimə qarşı narazılıqlar artmaqdadır. Belə ki, namizədlik üçün müraciət edən şəxslər arasından “qara siyahı”da olan şəxslərə müxtəlif əsassız səbəblər (“facebook” sosial şəbəkəsində profil açması, islama etiqad etməməsi, barəsində nüfuzdansalan məlumatlar olması ilə əlaqədar və s.) gətirərək onların namizədliyinə “rədd” cavabı verilir. Namizədliyi qeydə alınmış şəxslər arasında “nüfuzsuz” və əxlaqi keyfiyyətləri aşağı olan şəxslərin olması yerli sakinlər arasında narazılıq hallarının artmasına səbəb olan amillərdən biridir. Həmçinin, namizədliyi qeydə alınmış şəxslər yerli əhali arasında özləri barədə yüksək rəy formalaşdrmaq məqsədilə müxtəlif üsullara əl atır. Belə ki, yerli sakinlər arasında nüfuza malik olan şəxslər müəyyən pul müqabilində, əhalinin sıx toplaşdığı məkanlarda rejim tərəfdarı olan namizədlərin təbliğatını aparırlar. ​Belə ki, İİR vətəndaşları tərəfindən yuxarıda qeyd olunan haqsızlıqlara qarşı rejim əleyhinə olan narazılıqlar, mitinqlər, kütləvi iğtişaşlar və s. dövri mətbuatda işıqlandırılmır. İİR məmurları AR-dəki seçki prosesinə kölgə salmaq məqsədilə hər fürsətdə burada antidemokratiyanın mövcud olduğunu bildirsələr də, təhlillər İrandakı mövcud seçki prosesinin xalqın iradəsinə zidd olaraq həyata keçirildiyini göstərir. ​İran polisi oğrularla əlbirdir ​İranın şəhərlərində əhali arasında yerli polisin fəaliyyətindən kütləvi narazılıqlar artmaqdadır. Belə ki, son zamanlar ölkənin bir çox şəhərlərində artan oğurluq və xuliqanlıq faktları barədə polisə edilmiş müraciətlər cavabsız qalır, hətta cinayəti törətmiş şəxslər məlum olduqda belə onlar məsuliyyətə cəlb edilmirlər. Baş vermiş cinayətlərin araşdırılmaması əhali arasında cinayətkar dəstələrlə polisin əlbir olması kimi qiymətləndirilir. Hüquqları pozulmuş yerli camaat kütləvi şəkildə polisin “fəaliyyətsizliyi”ndən yuxarı instansiyalara şikayət məktubları göndərsələr də, heç bir tədbir görülmür. ​İran Ordusunda rüşvətxorluq halları baş alıb gedir ​İran İslam Respublikasında müddətli həqiqi hərbi xidmət vaxtı çatmış şəxslər arasında, rüşvət müqabilində və ya “tanışlıq” münasibətlərindən istifadə edərək “daha rahat və əlverişli” yerlərdə xidmət etmək halları geniş vüsət almışdır. Belə ki, son zamanlarda İİR-in həyata keçirdiyi təhdidkar xarici siyasəti nəticəsində yaranmış yeni münaqişə zonalarına, eləcə də 3-cü ölkə ərazilərində yerləşən hərbi birləşmələrə göndərilməkdən yayınma halları kütləvi hal almışdır. Qeyd olunan şəxslər əsasən İİR-in şimal sərhədlərində, eləcə də ölkədaxili şəhərlərdə dislokasiya olunmuş yalnız Milli Orduya məxsus hərbi hissələrdə xidmət etməyə səy göstərirlər. Çünki Sepaha məxsus hərbi hissələrdə xidmət edən əsgərlər Yaxın Şərqdə gedən hərbi əməliyyatlara cəlb olunduğundan onların əksəriyyəti öz evlərinə ən yaxşı halda ayaq və qollarını, yaxud 1 gözünü itirmiş kimi qayıdırlar. Bir sözlə İran hökumətinin xain siyasəti bu ölkəni xarici ölkələrə heç bir vaxt tərəfdaş dövlət kimi göstərə bilməz! Özünüzü İrandan qoruyun cənablar! Çalışın tora düşməyəsiniz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir