Cəmiyyət

Müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyası

Sharing is caring!

Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir.

Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır ilk illərində Azərbaycanında elektrik enerjisi ilə təchizat təmin edilsin.

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, 2025-ci ildə Mingəçevir şəhərində bu yeni stansiyanın açılışı olacaq, nəticədə ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və şəhərin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq.

       İndi Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, yeni stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin.

       Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.

      Mingəçevirdə yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması, çox əlamətdar hadisə oldu.

       Əminik ki, biz yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik.

       Cənab İlham Əliyevin enerji layihələrinin reallaşdırılması sahəsində atdığı addımlar qlobal əhəmiyyətə malikdir, xalqımız və dövlətimiz bunun faydasını tezliklə görəcəklər. Əminik ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.

Mərifət Səmədli,

Qarabağ  Qaziləri İctimai Birliyinin 

Cəlilabad rayon filialının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir