Cəmiyyət

Azərbaycana gətirilən uşaqların son vəziyyəti necədir? – VİDEO

Sharing is caring!

Türkiyədə baş verən zəlzələ nəticəsində xəsarət alan və müalicə üçün fevralın 10-da Bakıya gətirilən uşaqların son vəziyyətinə aydınlıq gətirilib.

Səhiyyə Nazirliyinin sektor müdiri Aynurə Zeynalova qeyd edib ki, gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır: 

“Onlardan ən kiçiyi 8 günlükdür, ən böyüyün isə 14 yaşı var. Həmin uşaqlar dərhal onlar üçün ayrılmış palatalara yerləşdiriliblər, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və müayinələr artıq bitmək üzrədir”. 

Qeyd edilib ki, 8 günlük körpədə yol stresi, yeni doğulmuşun sarılığı kimi əlamətlər olduğu üçün ona yardım göstərilib və vəziyyəti kafidir.  

A.Zeynalovanın sözlərinə görə, müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sosial sığınacağa göndəriləcəklər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir