Cəmiyyət

Rusiyaya qanunsuz tütün keçirmək istəyən azərbaycanlı saxlanıldı

Sharing is caring!

Azərbaycanlı Rusiyanın Dağıstan Respublikasının Məhərrəmkənd gömrük məntəqəsindən qanunsuz tütün keçirmək istəyib.

Skfo.ru-nun verdiyi xəbərə görə, Rusiyaya gedən “Mercedes-Benz” markalı avtomobildən 1500 qutu çeynənən tütün aşkar edilib.

45 kq-dan çox ağırlıqda olan tütün maşının baqaj hissəsindən tapılıb.

Qeyri-qanuni gətirilən mallar müsadirə olunaraq ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir