Cəmiyyət

Zəlzələdə itkin düşən Şahin Vəliyevin anası danışdı: “Yayılan məlumatlar həqiqəti əks etdirmir” – FOTO

Sharing is caring!

Malatyada itkin düşən azərbaycanlı tələbələrdən biri – Şahin Vəliyevin cansız bədəninin dağıntılar altından çıxarıldığına dair məlumatlar yayılıb. Məlumatın dəqiqliyini yoxlamaq üçün Şahinin anası Esmira Vəliyeva ilə əlaqə saxladıq.

E.Vəliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Dağıntılar altında qaldıqları ehtimal edilən dörd tələbə bir otaqda yaşayırdı. Onlar həm də qrup yoldaşı idilər. Mənim qardaşım oradadır, Gündüz adlı oğlanın atası oradadır. Mütəmadi əlaqə saxlayıram. Hələ oradakı beton örtükləri dağıdıb aşağıya enə bilmirlər. Bu yalan xəbərləri yayanlar bir az bizi düşünsünlər. Oxuyandan özümə gələ bilmirəm. Ölümlə bağlı dəqiq məlumat olsaydı, rəsmi qurumlardan əlaqə saxlayardılar, heç kim bizimlə əlaqə saxlamayıb, elə məlumat yoxdur. Axtarışlar davam etdirilir”.

Qeyd edək ki, Gəncədən olan Şahin Vəliyevin evi Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə atdığı raket atəşləri zamanı dağılmışdı. 

Xatırladaq ki, Şahin Vəliyevin ölüməsi barədə məlumatı onun müəlliməsi sosial şəbəkə hesabında paylaşmışdı. 

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir