Cəmiyyət

Tovuzda “qulaqdibi” xəstəliyi yayılıb

Sharing is caring!

Tovuzun bir neçə kəndində “qulaqdibi” xəstəliyi yayılıb.

Rayonun Aşağı Quşçu kəndində başlayan xəstəlik qısa zamanda Qovlar, İbrahimhacılı və digər yaşayış məntəqələrinə də yayılıb.

Xəstəlik daha çox uşaqlarda müşahidə edilir.

Məsələ ilə bağlı İbrahimhacılı kəndinin həkim məntəqəsinin terapevti Şəfəq İbrahimovanın  verdiyi məlumata görə, “qulaqdibi” xəstəliyi ilə bağlı 40-a yaxın müraciət olub:

“Bu vaxta qədər belə bir vəziyyət olmayıb. Təxminən 40-a yaxın xəstəliklə bağlı müraciət edilib. Xəstələrin arasında böyüklər olsa da, uşaqlar çoxluq təşkil edir. Xəstəlik bizim kənddə başlamayıb, qonşu kəndlərdən yayılaraq bura gəlib. Xəstəlik virus infeksiyasıdır, hava yolu ilə yoluxur.

İnfeksiyanın inkubasiya dövrü 21 gündür. Xəstəliyə yoluxan şəxs 21 gün heç kimlə təmasda olmamalıdır. Uşaqlar məktəbdə bir-biri ilə ünsiyyətdə olduqlarına görə, xəstəlik yayılıb. Xəstəliyə yoluxan şəxslərə peyvənd vurulub. Onların vəziyyətləri artıq yaxşıdır. Məktəbdə monitorinqlər aparılıb”.

Qovlar şəhər xəstəxanasının baş həkimi Fazil Əliyev isə kənd sakinləri arasında heç bir xəstəliyin yayılmadığını deyib:

“Qulaqdibi” xəstəliyi bizim kənddə deyil, Aşağı Quşçu kəndində yayılıb. Bizim kənddən bu xəstəliklə bağlı hələ ki müraciət edən olmayıb”.

Aşağı Quşçu kənd bələdiyyə sədri Tofiq Hüseynov isə yayılan məlumatların əsassız olduğunu deyib. O bildirib ki, kənd əhalisi arasında “qulaqdibi” xəstəliyi yayılmayıb.

Bu barədə ilk məlumatı BAKU.WS yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir