Cəmiyyət

Nazirliyin infeksionisti: “Azərbaycanda influenza virusu yayılıb”

Sharing is caring!

“Qış mövsümündə hava-damcı yolu ilə yayılan virus infeksiyalarının yayılmasına münbit şərait yaranır. İnsanların soyuq havalarda qapalı məkanlara toplaşmasını nəzərə alsaq, xəstələnmə hallarının artmasına təəccüblənmirik. Çünki soyuq havada insan orqanizminin immuniteti aşağı düşür”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” hesabının canlı yayımında sualları cavablandırarkən deyib.

İnfeksionist bildirib ki, hər il payız-qış mövsümündə qrip virusu aktivləşir:

“Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də influenza virusu yayılıb. Digər viruslar da aktivdir. Qrip isə ağır fəsadlara səbəb olur. İlk günlərdə qoruyucu tədbirlərə ciddi əməl edilməlidir. Əks halda xəstəxanada müalicə almaq lazım olacaq.

Qripin müalicəsində dərman müalicəsi üçün mütləq ilk növbədə həkim təyinatı olmalıdır. Əksər hallarda ilk iki sutka ərzində istifadə olunan antibakterial dərmanlar təsirli ola bilər. Əhali hərarətin yüksəlməsi ilə bağlı dərhal antibiotik qəbuluna üz tutur. Həkim təyinatı olmadan antibiotik qəbulu yanlışdır. Xəstələnən insanlar işə getməməli, ictimai yerlərdə olmamalıdırlar. Bu, infeksiyanın yayılma sürətini daha da artırır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir