Cəmiyyət

Bakıda yeyib-içən dostlar hesabı gözləməmiş qaçdılar – VİDEO

Sharing is caring!

Bakıda restoranda yeyib-içən üç gənc hesabı ödəməyərək qaçıb.

Qafqazinfo-ya müraciət edən “Pink House” restoranının administratoru Seyran Əsgərov bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək, salona baxış keçirib.

Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər:

“Yəqin, elə tez qaçsınlar deyə oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nəfər də gəldi. Spirtli içki içib, yemək yeyiblər. Bir neçə dəfə siqaret çəkmək üçün çölə çıxıblar, qaça bilməyib, içəri qayıdıblar. Sonda ofisiantın başını qatmaq üçün çay istəyiblər, o aralanan kimi durub qaçıblar. Təxminən 200 manata yaxın “şot”u verməyiblər”.

S.Əsgərov hadisə ilə bağlı polisə müraciət etdiklərini, araşdırma aparıldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir