Cəmiyyət

Bakıda çörək zavodu direktorunun otağından dörd min manat oğurlanıb

Sharing is caring!

Bakıda çörək zavodunun direktorunun otağından qeyri-aşkar şəraitdə oğurluq edən şəxs saxlanılıb.

əldə etdiyi məlumata görə, yanvarın 11-də Yasamal rayon ərazisində yerləşən çörək zavodunun direktorunun xidməti otağından dörd min manat oğurlanıb.

Faktla bağlı “102 Zəng Xidməti”nə müraciət daxil olub.

Həmin müraciət əsasında Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər CM-nin 177, 180, 185-ci maddələri ilə məhkum olunmuş Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü E.Həsənov müəyyən edilərək saxlanılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir