Cəmiyyət

Şəmkirdə toyda iki nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Sharing is caring!

Şəmkirdə iki nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Report”a verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Məmməd Məmmədlinin və İntiqam Nərimanlının bıçaqla müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış axtarış tədbirləri nəticəsində vətəndaşlara xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Novruz Əmraslanov saxlanılıb.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir