Cəmiyyət

Cəlilabad sakini intihara cəhd edib

Sharing is caring!

Cəlilabadda intihara cəhd olub.

APA-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

1994-cü il təvəllüdlü Mirnatiq Abbas oğlu Cabbarov əvvəlcə benzini içib, sonra isə üzərinə tökərək özünü yandırmaq istəyib.

Ətrafdakıların köməyi ilə yanğının qarşısı alınıb. O, yanıq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Yaxınlarının dediyinə görə M.Cabbarov uzun müddətdir pensiya alırmış. Onun pensiyası kəsildiyi üçün bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir