Cəmiyyət

Naftalanda iki VAZ toqquşdu: Xəsarət alanlar var

Sharing is caring!

Naftalanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, hadisə Naftalan şəhər mərkəzi küçələrinin birində qeydə alınıb.

Hərəkətdə olan iki VAZ markalı minik maşınları toqquşub.

Qəza zamanı 1982-ci il təvəllüdlü Günel Mehdiyeva,1978-ci il təvəllüdlü Səməd Muradov, 1946-ci il təvəllüdlü Nigar İmanova,1970-ci il təvəllüdlü Gülnarə Nəsibova və 1990-cı il təvəllüdlü Minarə Nəsibova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Samir İsayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir