Cəmiyyət

Sərnişin avtomobildə siqaret çəkdi, cərimə taksi sürücüsünə yazıldı – FOTO/VİDEO

Sharing is caring!

Taksi sürücüsü avtomobilində tütün çəkilməsinə görə 40 manat cərimələnib. Üstəlik, maşında siqareti o yox, sərnişini çəkib. Cəriməsi isə sürücüyə yazılıb.

“Xezerxeber” xəbər verir ki, cərimə protokolunun fotosu sosial şəbəkələrdə də yayılıb.

Ümumiyyətlə, son günlər nəqliyyat vasitəsində siqaret çəkilməsinə görə cərimələnən sürücülərin sayı artıb.

Sərnişinin əvəzinə sürücünün cərimələnməsi isə taksi sürücülərini ziyana salır. Ancaq onlar müştərini qaçırmamaq üçün bəzən buna məcbur olduqlarını deyirlər.

Bununla belə, taksi sürücüləri arasında məsələyə prinsipial yanaşanlar da var.

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, sərnişindaşıma xidmətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.

Araz Əsgərli onu da qeyd edib ki, şəxsi avtomobillərdə də bəzən sürücülər buna görə cərimələnirlər. Lakin buna səbəb avtomobildə tütün çəkilməsi yox, tullantısını avtomobildən kənara atmaları olur. Buna görə də sürücüyə 40 manat məbləğində cərimə tətbiq olunur.

“Xezerxeber.az” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

}

  Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir