Cəmiyyət

Britaniyalı səyyah: “Ecazkar təbiəti görmək istəyən Azərbaycana gəlsin”

Sharing is caring!

“Azərbaycan bir çox zənginlikərə malikdir”.

APA-nın məlumatına görə, bunu azad edilmiş ərazilərə səfər edən Böyük Britaniyadan olan səyyah Heyli Kennedi Şuşaya səfərində jurnalistlərə açıqlamasında deyib.

Xarici səyyah ölkənin təbiətinin möhtəşəmliyi barədə danışaraq bunun gələcəkdə turizm üçün böyük əhəmiyyətli olduğunu vurğulayıb.

“Ecazkar təbiəti görmək üçün mütləq buraya səyahət etmək lazımdır. Bu gözəlliyi görmək üçün buradayam. Azərbaycanın heyrətamiz təbiəti var. Ölkənin gözəl mənzərələrindən başqa tarixi məkanları da var.”, – deyə səyyah vurğulayıb.

Xarici səyyah Azərbaycanın dəyərli tarixə, təbii gözəlliyə xüsusən də neft və digər zənginliklərə sahib olduğunu da vurğulayaraq bildirib ki, bu zənginliklərlə hər bir şey etmək mümkündür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir