Cəmiyyət

Suraxanıda motosiklet qəzasında sürücü ağır yaralanıb

Sharing is caring!

Bakının Suraxanı rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

“Report”un məlumatına görə, 2000-ci il təvəllüdlü Baxşəliyev Namiq Ağabala oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş beynin ağır dərəcəli əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir