Cəmiyyət

Zeynəb Dostəliyeva ölüm ayağındadır: Bacısı DANIŞDI – FOTO

Sharing is caring!

Bir neçə gündür xəstəxanaya yerləşdirilən Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın vəziyyəti ağırlaşıb.

Xalq artisti Lent.az-a açıqlamasında bildirib ki, bacısı hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır:

“Az əvvəl xəstəxanadan gəlirəm. Bacımın vəziyyəti ağır olaraq qalır. Həkimlər müalicə edirlər və hələlik yaşayacağına heç bir zəmanət verə bilmirlər. Sadəcə qanında virus yayıldığı üçün qanı qatlaşıb, ürək damarında tromb əmələ gəlib. Hazırda qaraciyər və böyrək tranplantasiyasına ehtiyacı var və bir-iki günə hər şey dəqiqləşəcək. Allah köməyimiz olsun”.

Qeyd edək ki, Zeynəb Dostəliyeva daha öncə böyəryindən müalicə alırdı. Lakin ötən həftə qripə yoluxduğuna görə vəziyyəti ağırlaşıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir