Cəmiyyət

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində yeni təyinat olub

Sharing is caring!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə ictimaiyyətlə əlaqələr üzrə yeni menecer təyin olunub.

“Report” xəbər verir ki, bu vəzifə Günel Əhmədovaya həvalə olunub.

Qeyd edək ki, G.Əhmədova 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və magistr dərəcələri üzrə təhsil alıb.

O, 2011-2012-ci illərdə London şəhərində yerləşən Vestminster Universitetində Beynəlxalq əlaqələr və qlobal dəyişiklik üzrə magistr dərəcəsini əldə edib.

G.Əhmədova 2022-ci ilin əvvəlində Azərbaycan Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsini tərk etdikdən sonra Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir