Cəmiyyət

Nazirlik rəsmisindən valideynlərə çağırış: “Uşaqları kökəltməyə çalışmayın”

Sharing is caring!

“Kök uşaq sağlam uşaq demək deyil”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə Nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib. 

O bildirib ki, bəzən valideynlər kiçik yaşda uşaqların qidalanmasına diqqət etmədiklərindən yersiz kökəlmələr olur:

“Diabet olmayan ailələr qidalanma zamanı lazımsız şirniyyata üstünlük verməməlidirlər. Çəki və boy normaldırsa, uşaqları kökəltməyə çalışmasınlar. Kök uşaq sağlam uşaq demək deyil”.

“Diabet olan ailələr isə xüsusilə qidalanmaya ciddi önəm verməlidirlər”, – deyə həkim əlavə edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir