Cəmiyyət

Şagirdlər sinifdə maska ilə oturmalıdırlar? – AÇIQLAMA

Sharing is caring!

“Məktəblərdə və insanların kütləvi toplaşdığı yerlərdə viruslara kütləvi yoluxmamaq üçün pandemiya dövründə mövcud olan maska taxmaq, məsafə gözləmək və əllərin giriş-çıxışda dezinfeksiya olunması tədbirlərinə mütləq şəkildə əməl etmək lazımdır”.

Bu sözləri Baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Tanınmış professor hesab edir ki, xəstə uşaqlar heç bir halda məktəbə göndərilməməlidir:

“Virusa yoluxmuş uşaqlar ev şəraitində müalicə olunmalıdır. Yaddan çıxarmaq olmaz ki, məktəbdə uşaqların sıx təması mövcuddur. Sinif otaqlarında uşaqlar daima nəfəs alır və bir-birinə asanlıqla yoluxdura bilirlər.

Yaxşı olardı ki, qızdırması olan və xəstə uşaqlar məktəblərə getməsinlər. Məktəbdə isə kütləvi yoluxmanın qarşısını almaq üçün şagirdlərin sinif otaqlarında maska taxmaları yaxşı olardı”.

Yaranmış vəziyyətlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, əgər hər hansı şagird xəstədirsə, onun ev şəraitində müalicəsi aparılmalıdır:

“Kəskin respirator xəstəliklərin çoxaldığı vaxtda bu başa düşüləndir və üzrlü səbəbdir. Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yoluxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müalicəsini davam etdirməsi vacibdir. Bu şagirdlərin məktəblərə getməsinə ehtiyac yoxdur.

Bizim bu məsələdə valideynlərə tövsiyəmiz də budur ki, övladlarını qızdırmalı və ya xəstə halda məktəblərə göndərməsinlər. Əgər xəstə halda şagirdlər məktəbə gəlirsə, təhsil ocağının rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir. Bununla bağlı məktəblərdə qaydalar və müvafiq qərarlar da mövcuddur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir