Cəmiyyət

Diabetli uşaqlara qrip peyvəndi vurula bilər? – AÇIQLAMA

Sharing is caring!

“Diabetdən əziyyət çəkən uşaqlara qrip əleyhinə peyvənd vurula bilər. Normal uşaqlara qrip ilə müalicə prosesində verilən dərmanlar onlara da tətbiq edilə bilər”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, məktəb dövründə qrip halları artıb:

“Tez-tez məktəblilərin qrip epidemiyası ilə bağlı müraciətləri daxil olur. Sentyabr-oktyabr aylarından qrip əleyhinə peyvəndlərin vurulması tövsiyə edilir. Bu, mövsümdə uşaqların qripə yoluxmasının qarşısını ala bilərlər. Bu il vurulan qrip peyvəndi bu il yayılan virusa qarşı effektivdir. Növbəti il yeni qrip peyvəndi vurulmalıdır. Çünki bu xəstəliklə mübarizə üçün ən optimal yol peyvənddir”.

Həkim qeyd edib ki, həssas, tez-tez qripə yoluxan uşaqlara bu peyvənd başqa vaxtlarda da vurula bilərlər.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir