Cəmiyyət

Oğuzda yol qəzası zamanı 2 nəfər xəsarət alıb

Sharing is caring!

Oğuzda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, saat 16 radələrində Oğuz şəhəri Cavanşir küçəsində iki minik avtomobili toqquşub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər – Şəki rayonu Baş Zəyzid kənd sakinləri, 1966-cı il təvəllüdlü Eldar Mürsəl oğlu Cəlilov və 1992-ci il təvəllüdlü Rövşən Kamal oğlu İbadov Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Oğuz RMX-da yaralılara lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdurmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir