Cəmiyyət

Bakıda itlərin yemək qabını oğurlayan şəxs kameraya düşdü – VİDEO

Sharing is caring!

Bakının Lermantov küçəsi, 113 ünvanında heyvanlar üçün küçəyə qoyulan yemək və su qabları oğurlanıb.

Bu barədə Lent.az-a şəhər sakini məlumat verib.

Onun sözlərinə görə, belə hadisə artıq dördüncü dəfədir ki, baş verir:

“Səhər işə gələndə küçə heyvanlarının ofisin qabağında ac və susuz bizi gözlədiyini görürük. Xahiş edirik ki, qabları kim oğurlayırsa, geri qaytarsın. Məsələ ilə bağlı mühafizə polisinə məlumat vermişik. Çünki bu hadisə artıq ənənəvi hal alıb”.

Küçə heyvanlarının yemək və su qablarını oğurlayan şəxsin görüntülərini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir