Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın hansı küçəsində yolun bir hissəsi bağlandı?

Sharing is caring!

Paytaxtın Səbail rayonu Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib buna səbəb Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində yerləşən qəzalı binanın söküntüsüdür.

“Yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib. Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə almağı xahiş edirik!”, – deyə baş inspektor bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir