Cəmiyyət

Bakıda üç avtomobilin iştirakı ilə qəza baş verib – FOTO

Sharing is caring!

Paytaxtda eyni istiqamətdə olan üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Yasamal rayonu Heydər Hüseynov küçəsində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzada “Mercedes”, “Hyundai” və “Toyota” markalı avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir