Cəmiyyət

Nəbatət Bağında ağacların sayı azaldılacaq? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatət Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar paylaşılır.

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir, əksinə orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub.

“Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir”, – deyə məlumatda qeyd edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir