Cəmiyyət

DYP əməkdaşı sürücüyə təzyiq göstərib? – AÇIQLAMA + VİDEO

Sharing is caring!

Ötən gün sosial şəbəkələrdə DYP əməkdaşı ilə sürücü arasında yaşanan mübahisənin videogörüntüsü yayılıb. 

Belə ki, görüntülərdə DYP əməkdaşının sürücünü qucaqlayaraq yol kənarına çəkməyə çalışdığı görünür. Tərəflər arasındakı mübahisənin səbəbi, DYP əməkdaşının nəqliyyat vasitəsini hansı səbəbdən saxladığı barədə isə heç bir məlumat qeyd edilməyib. İddialara görə, polis sürücüyə təzyiq etməyə çalışır. 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən “Chevrolet Cruze” markalı 90-OJ-497 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobilinə əlavə avadanlıq quraşdırdığı üçün dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanılıb:

“Bu zaman nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılacağı barədə məlumat verilib. Bu səbəbdən sürücü polis əməkdaşınlarına tabesizlik göstərib və özünə xəsarət yetirməyə cəhd edib.

Bu zaman cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.5-ci maddəsi ilə protokol tərtib olunub. Sürücü tərtib edilən protokol üzrə müvafiq cəriməni də ödəyib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir