Cəmiyyət

Ağsu sakini özünü asıb

Sharing is caring!

Ağsu sakini özünü asaraq ölüb.

“Report”un məlumatına görə, hadisə rayonun Musabəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Qədirov Vaqif Ağası oğlu özünü yaşadığı evdə asaraq intihar edib. Dərhal hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Vaqif Qədirovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Patoloji Anatomoya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, intihar edən şəsxin ruhi xəstə olduğu bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir