Cəmiyyət

Qərənfillərə bürünən metorun “20 Yanvar” stansiyasından REPORTAJ

Sharing is caring!

Bu gün ölkə ərazisində matəm günü kimi qeyd edilir. Xalq 1990-cı il yanvarın 20-də yaşanan faciədə şəhid olan soydaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Metronun “20 Yanvar” stansiyası matəm rəmzi olaraq qərənfillərə bürünüb.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Allah şəhidlərimizə rəhmət eləsin.

PhotoStock.az-ın əməkdaşının 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı metronun 20 Yanvar stansiyasından hazırladığı reportajı təqdim edirik: 

Daha çox foto burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir