Cəmiyyət

Naxçıvan şəhərində kommunistlər üçün inşa edilən abidə sökülüb – FOTO

Sharing is caring!

Naxçıvan şəhəri “Böyük bağ” ərazisində kommunistlər üçün inşa edilən abidə sökülüb.

APA-nın məlumatına görə, Naxçıvanda sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən bu abidənin üst fasadı dünən axşam saatlarında sökülüb.

Tikili tam söküldükdən sonra burada başqa abidənin ucaldılacağı gözlənilir. Məlumata görə, bu, 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunan abidə də ola bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir