Cəmiyyət

Şəmkirdə avtomobil aşıb, iki nəfər xəsarət alıb

Sharing is caring!

Şəmkir rayonunun Sabirkənd kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, 1992-ci il təvəllüdlü Nizami Qəribzadə və 1995-ci il təvəllüdlü Lamiyə Qəribzadə xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir