Cəmiyyət

Masallıda və İmişlidə yanğın olub

Sharing is caring!

İmişli rayonunun Qulubəyli kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Masallı rayonunun Xırmandalı kəndində də ev yanıb, bir nəfər xəsarət alıb.

Qeyd olunub ki, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir