Cəmiyyət

Bakıda binada qaz sızması olub, sakinlər təxliyyə edilib – FOTO

Sharing is caring!

Paytaxtın Nəsimi rayonunda mənzildə qaz sızması olub.

APA xəbər verir ki, hadisə 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsindəki 16 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb edilib.

Əraziyə eyni zamanda təcili tibbi yardım briqadaları cəlb edilib.

FHN və polis əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

İlkin məlumata görə, xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir