Cəmiyyət

Qarlı hava şəraiti internet xətlərində problem yaradıb? – AÇIQLAMA

Sharing is caring!

Son iki gün ərzində müşahidə edilən qarlı hava şəraitində bəzi ərazilərdə internet problemi yaşanıb. Vətəndaşlar bu barədə sosial şəbəkələrdə də paylaşım ediblər. 

Məlumatlara görə, internetlə bağlı problem bəzi bölgələrlə yanaşı, Sumqayıt şəhəri və Abşeronun bir hissəsində müşahidə edilib.  

İddia edilən problemin lokal, yoxsa ümumi olduğunu dəqiqləşdirmək üçün aidiyyəti qurumlara sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusuna cavab olaraq “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-dən verilən cavabda qeyd edilib ki, müvafiq olaraq sabit telefon və internetin işində çətinliyin yaranması ilə bağlı kütləvi müraciət daxil olmayıb.

“Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, “Aztelekom” MMC abunəçilərindən 170, “Bakı Telefon Rabitəsi” MMC abunəçilərindən isə 155 Çağrı mərkəzlərinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq”, – məlumatda qeyd edilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir