Cəmiyyət

Sumqayıt Dəmiryol Stansiyasında terminal işləmir – FOTO

Sharing is caring!

Sumqayıt Dəmiryol Stansiyasında terminal işləmir.

Oxu.Az xəbər verir ki, stansiyada olan ödəmə terminallarından birinin işləməməsi səbəbindən sərnişinlər qatara gecikib və növbəti qatarı gözləməli olublar. Bundan başqa, artıq bir neçə gündür ki, vaqonların içərisindəki məlumat lövhələri işləmir.

Qatarın hansı stansiyaya çatdığını sərnişinlər bir-birindən soruşurlar və bu, qarışıqlıq yaradır. 

Məsələ ilə bağlı stansiyada olan əməkdaşlara məlumat verilib. Onlar sərnişinləri digər terminala yönləndiriblər.

Gecikmə ilə olsa da, Bakıya çatan sərnişinləri isə xoş sürpriz gözləyib. Qarlı hava şəraitində onların rahat hərəkəti üçün “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Bakı sərnişin stansiyasında turniketə qədər fərqli istiqamətlərdən üç ədəd xalça salınıb. Bu addım sərnişinlər tərəfindən yüksək qiymətləndirilib.  

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir