Cəmiyyət

Şəmkirdə xəstəlikdən əziyyət çəkən 62 yaşlı kişi yanıq xəsarətləri alıb

Sharing is caring!

Şəmkir sakinİ, epilepsiya xəstəliyində əziyyət çəkən 1961-ci il təvəllüdlü V.İbrahimov həyətində qaladığı ocağın üstünə yıxılaraq, ağır dərəcəli yanıq xəsarətləri alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, o, yaxınları tərəfindən əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada V.İbrahimova ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir