Cəmiyyət

Sumqayıtda sürücülər sözləşərək xətdə çıxmadılar: Sərnişinlər saatlarla yolda qaldılar – VİDEO

Sharing is caring!

Sumqayıtda 10A saylı marşrutun bütün sürücüləri sözləşərək səhər saatlarından xəttə çıxmayıblar. Sakinlər kilometrlərlə yolu piyada getmək məcburiyyətində qalıblar.

Ümumilikdə xətt üzrə 30 sürücü var ki, onlardan 14-ü bu gün işə çıxmalıymış. Lakin gündəlik planın çox olmasını səbəb gətirən sürücülər öz aralarında sözləşərək xətdə çıxmaqdan imtina ediblər.

Mövcud məsələ ilə bağlı avtobuslara cavabdehlik daşıyan Sumqayıt Nəqliyyat- 1 MMC-nin qaraj rəisi Sirac Səfərov Baku TV-yə bildirib ki, sürücülərin bu addımından xəbər tutan kimi onları idarəyə dəvət edib görüş keçiriblər.

Qərara alınıb ki, gündəlik hasilat planına güzəşt edilsin.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir