Cəmiyyət

Tanınmış iş adamı özünü sənədlərə görə güllələyib? – TƏFƏRRÜAT + VİDEO

Sharing is caring!

Yanvarın 4-də Naftalan şəhərində yerləşən sanatoriyaların birinin rəhbəri, 63 yaşlı Feyruz Qocayev intihar edib.

Sosial şəbəkələrdə iş adamının küllü miqdarda borca görə özünü öldürməsi ilə bağlı məlumatlar paylaşılıb.

Mərhumun yaxınları APA TV-nin “Qaynar xətti”nə müraciət edərək, bu məlumatların əsassız olduğunu bildiriblər.

Feyruz Qocayevin həyat yoldaşı Lalə Qocayeva bildirib ki, ailələrində dava-dalaş və hansısa problem olmayıb.

Lalə Qocayeva deyir ki, yoldaşının son zamanlar işlə bağlı sıxıntısı yaranıbmış. Mərhum yeni sanatoriya tikdirmək istəyirmiş, amma sənədlərlə bağlı gecikmələr yaranıb. Bu da onun əsəblərinə pis təsir edib.

İş adamının bacısı deyir ki, qardaşının gözəl ailəsi olub. Ancaq özü bir az səbirsiz imiş. O bildirib ki, qardaşı ilə sonuncu dəfə görüşəndə böyük bir lahiyəsinin olduğunu söyləyib.

İş adamının qohumları baş verənlərə hələ də inana bilmədiklərini deyirlər. Onların sözlərinə görə, Feyruz Qocayevi Naftalanda hər kəs xeyirxah insan kimi tanıyıb.

Qeyd edək ki, hadisə Naftalan şəhərinin Ş.Qurbanov küçəsi, ev 4 ünvanının qarşısında qeydə alınıb. Feyruz Qocayev özünə məxsus “Nissan” markalı, 46 BA 222 dövlət nömrə nişanlı avtomobilində intihar edib. O, ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları maşından 1 ədəd “Stoeger” markalı tüfəng götürüblər.

Feyruz Qocayev birinci Qarabağ döyüşlərində iştirak edib. O, Naftalan şəhərində yerləşən “Şəfa” sanatoriyasının sahibi olub. Ötən il həmin sanatoriyanı satıbmış.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir