Cəmiyyət

Sexdə işləyən arvadını başqasına qısqandığı üçün döydü

Sharing is caring!

Sumqayıt Şəhər Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Murad Bayramovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 240 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.

İttihama görə, hadisə Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən yataqxanadakı mənzillərin birində qeydə alınıb.

Belə ki, üç uşaq atası Murad Bayramov qısqanclıq zəminində həyat yoldaşı Zəminə Bayramovanın (şərti) baş və sağ qulaq nahiyəsinə qəsdən vurub və saçından tutaraq yolub.

Hadisəyə səbəb isə kişi qadına işlədiyi sexdən çıxmasını tələb etməsi olub.

Belə ki, Murad həyat yoldaşını orada çalışan digər kişiyə qısqanıb. O, Zəminədən işdən ayrılmasını tələb edəndə, qadın həmin şəxsin daha sexdə çalışmadığını bildirib. Lakin Murad həmin şəxsin orada işlədiyini öyrənib.

Murad Bayramov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində söyləyib ki, hadisə günü evə sərxoş gəlib. Həmin məsələ ilə əlaqədar qısqanclıq zəminində evdə aralarında mübahisə baş verib. O, həyat yoldaşından nəyə görə ona yalan danışmasını, onu aldatmasını soruşduqda, Zəminə Muradla kobud danışaraq ərinin üstünə acıqlanıb. Buna görə də o, əsəbiləşib əvvəlcə arvadının saçından tutub və sonra əlli ilə onun sağ qulaq və boynunun arxasına iki dəfə zərbə endirib. Bundan sonra Zəminə onun əlindən çıxaraq dəhlizə qaçıb və bu barədə polisə məlumat verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir