Cəmiyyət

Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb – FOTO

Sharing is caring!

Samuxda  narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Xanlar Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əlindəki torbadan 8 bükümdə ümumi çəkisi 8 kq 412 qram olan qurudulmuş marixuana və 1 bükümdə çəkisi 1 kq 135 qram olan heroin aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri tanımadığı şəxsdən satmaq məqsədilə aldığını bildirib.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir