Cəmiyyət

Tovuz sakini özünü qatarın altına ataraq intihar etdi

Sharing is caring!

Tovuz sakini özünü qatarın altına ataraq intihar edib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

“3 yanvar 2023-cü il tarixində saat 20:00-da Azərbaycan Dəmir Yollarına məxsus yük qatarı Qovlar-Zəyəm istiqamətində hərəkətdə olarkən Tovuz rayonunun Dönük Qırıxlı kənd sakini Tural Ramiz oğlu Yaqubov dəmir yolu xəttinə yaxınlaşaraq özünü qəfildən relslərin üzərinə atıb.

Təəssüflə qeyd edirik ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan T.Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi müvafiq sahədə təyin olunmuş sürət 60 km/saatdır, hadisə vaxtı qatarın faktiki sürəti 50-52 km/saat olub.

Hadisə aidiyyəti üzrə araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, – QSJ-dən əlavə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir