XəbərAl.az xəbər verir ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi 6-7 mart 2020-ci il tarixlərində “XXI əsr: ailə, qadın və uşaqlarla əlaqəli psixoloji problemlər” mövzusunda beynəlxalq elmi konfransı həyata keçirəcəkdir. Dünyanın, eləcə də Azərbaycanın bir sıra güclü psixoloq, loqoped və mütəxəssislərinin iştirakı nəzərdə tutulan konfrasda müvafiq sahənin bir sıra aktual məsələlərinə toxunulacaq, nəzəri və təcrübi müzakirələr aparılacaq. Konfransın keçirilməsində əsas məqsəd Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilmiş və bu sahədə davamlı islahatlar aparılmışdır. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Qeyd edək ki, ölkə başçısının Sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxış İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol Xəritəsindən irəli gələrək, ailə institutunun daha da gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, uşaqların hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranmışdır. Konfransda yerli və beynəlxalq psixoloqlarla birgə bu gün ailələrdə yaranan psixoloji problemlər müzakirə ediləcək və onların həlli yolları konfrans iştirakçılarına aşılanacaqdır.
Oxşar Xəbərlər
Sabaha gözlənilən hava açıqlandı
Yanvarın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-9, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 […]
Rusiya və Azərbaycanın baş nazirləri Bakıda keçiriləcək XI Regionlararası Forumda iştirak edəcəklər
Noyabrın 17-18-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. İiştirakçılar investisiya sahəsində qarşılıqlı fəaliyyət, nəqliyyat infrastrukturu, biznes, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və humanitar əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Rəsmi açılışda Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustin və Əli Əsədov iştirak edəcəklər. Plenar iclasda Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksima Reşetnikova və Azərbaycan iqtisadiyyat naziri […]
“Brilyant əl”də rolu ilə tanınan aktrisa dünyasını dəyişib – VİDEO
“Brilyant əl” filmində rolu ilə tanınan rusiyalı aktrisa Viktoriya Ostrovskaya 85 yaşında vəfat edib. Bu barədə teleaparıcı Andrey Malaxov “Telegram” kanalında məlumat verib. “Aktrisa Viktoriya Ostrovskaya vəfat etdi. O, “Brilyant əl” filmində iştirak etmişdi. Uzun illər əvvəl Leonid Qaydayın köməkçisi onu elə küçədə görmüş və çəkilişə dəvət etmişdi. Rejissorun parlaq aktrisaya ehtiyacı var idi və […]