Cəmiyyət

Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO

Sharing is caring!

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 102 adlanan ərazisindəki dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin məlumata görə, yanğın binanın 4-cü mərtəbəsində baş verib.

Binaya verilən elektirik enerjisi dayandırılıb və sakinlər təxliyə edilib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir