Cəmiyyət

Tədbirə gedən müəllimi maşın vurub öldürdü – FOTO

Sharing is caring!

Masallıda avtomobil vuran və 51 gün komada qaldıqdan sonra dünyasını dəyişən müəllimlə bağlı təfərrüatlar ortaya çıxıb.

Lent.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdə komada qalan və burada ölən Zəfər Ağayev Masallı rayon Qəriblər kənd orta məktəbinin direktor müavini imiş. O, burada həmçinin rus dili fənnini tədris edib.

Məlumata əsasən, hadisə baş verən gün müəllimlər İcra Hakimiyyətində tədbirə getmək üçün məktəbin önündə toplaşıblar. Zəfər müəllim yolun digər hissəsindən məktəb tərəfə yolu keçmək istəyib. Bu zaman “UAZ 469” markalı, odun daşıyan avtomobil onu vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Ağır xəsarətlər alan müəllimin qulağından qan gəlib. Bu hadisəyə görə, müəllimlərin tədbiri ləğv edilib.

Həmçinin Zəfər müəllimin iki övladı 44 günlük Vətən müharibəsi və 2022-ci il sentyabr döyüşlərinin iştirakçısıdır. Onlardan biri kapitan, digəri gizir olmaqla Sərhəd Qoşunlarının tərkibində, Laçın və Zəngilanda xidmət edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir