Cəmiyyət

Masallıda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada öldü

Sharing is caring!

Masallıda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 8-də Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü İmanov Əlibaba Mirağa oğlu idarə etdiyi UAZ-469 markalı avtomobillə hərəkətdə olarkən piyada, 1960-cı il təvəllüdlü Ağayev Zəfər Vəkil oğlunu vurub. Nəticədə piyada xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Noyabrın 10-da isə Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, dekabrın 29-da müalicə aldığı həmin xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir