Cəmiyyət

Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən İsveçrə şirkətini məhkəməyə verəcək

Sharing is caring!

“Beynəlxalq Ədalət Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı iddialar qaldırmışıq”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistanın Azərbaycana təzminat ödəməsi mürəkkəb məsələdir:

“Bu məsələ ilə bağlı yerli məhkəmələrə müraciət olunacaq. Ümid edirəm ki, bunlar müsbət nəticələnəcək.

Məsələn, Qarabağda qeyri-qanuni fəaliyyət göstərən və gəlir əldə edən İsveçrənin şirkəti var. Biz onlara qarşı İsveçrə məhkəməsində iddia hazırlayırıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir